Bakıda Gənc Sahibkarlar Forumu keçiriləcək

Bakıda Gənc Sahibkarlar Forumu keçiriləcək
# 05 dekabr 2019 14:14 (UTC +04:00)

Dekabrın 10-da Bakı Konqres Mərkəzində gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, kiçik və orta biznesə dəstək göstərilməsi məqsədilə I Gənc Sahibkarlar Forumu keçiriləcək.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “APA-Economics”ə verilən məlumata görə, KOBİA, Gənclər Fondu, KOBİA yanında İctimai Şura və “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək forumda yaşı 29-dək olan gənclər iştirak edə bilərlər.

Forumda iştirak etmək istəyənlər 7 dekabr 2019-cu il tarixinədək bu linkdə göstərilən anket-formanı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR