Belarus Bakı metropoliteni üçün qatar tədarük etməyə hazırdır

Belarus Bakı metropoliteni üçün qatar tədarük etməyə hazırdır
# 02 aprel 2021 16:11 (UTC +04:00)

Belarus "Bakı Metropoliteni" QSC üçün qatar tədarük etməyə hazırdır.

"APA-Economics" "Belta"ya istinadən xəbər verir ki, bunu Belarusun Baş nazirinin müavini İqor Petrişenko Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşü zamanı deyib.

Görüşdə ölkələr arasında iqtisadi və ticari əməkdaşlıq məsələləri müzakirə olunub. Baş nazirin müavini ötən il Azərbaycan və Belarus arasında ticarət dövriyyəsinin 447 mln. ABŞ dolları təşkil etdiyini bildirib və qeyd edib ki, iki ölkənin maşınqayırma, inşaat və enerji sektorlarında əməkdaşlıq yüksək potensiala malikdir.

"Neft tədarükü ilə bağlı müəyyən problemlər yaşadığımızda sıx qarşılıqlı əlaqə yarandı və Azərbaycan bizə bu məsələdə yardım etdi. SOCAR "Belneftexim" konserni ilə birgə qısa müddətdə maddi-texniki baza yaratdı", - deyə İ. Petrişenko qeyd edib.

O həmçinin Gəncə Avtomobil Zavodunun tam gücü ilə işləyəcəyinə ümid etdiyini bildirib. Bundan başqa, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın genişləndirilməsi, xüsusilə Azərbaycana süd məhsullarının tədarükünün artırılması məsələsi də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR