"Caspian Energy Club" Qara dəniz nümayəndəliyini yaradır

"Caspian Energy Club" Qara dəniz nümayəndəliyini yaradır
  • Clock-gray 11:41
  • calendar-gray 18 Yanvar 2021

"Caspian Energy Club"un Qara dəniz nümayəndəliyini "Caspian Energy Turkey" idarə edəcək.

"Caspian Energy Club"dan "APA-Economics"ə verilən məlumata görə, layihənin həyata keçirilməsi məqsədilə "Caspian Energy Club" "Caspian Energy Turkey"də pay iştirakını satışa çıxarıb.

Qara Dəniz nümayəndəliyin və "Caspian Energy Turkey"in baş icraçı direktoru Avni Dəmirçi təyin olunub.

"Caspian Energy Turkey" 5 il ərzində Rumıniya, Bolqarıstan, Ukrayna və Moldovada daimi nümayəndəlik yaradılacaq. Həmçinin, "Caspian Energy Turkey" "Caspian Energy Georgia"da da pay iştirakının sahibi olacaq.

Pay iştirakının satışı barədə təkliflər paketi çərçivəsində "Caspian Energy Turkey" türk və ingilis dillərində eyniadlı jurnal nəşr etmək hüququ əldə edir. Eyni zamanda "Caspian Energy TV", "Caspian Energy Photo", "Caspian Energy News", "Caspian Energy Investor", "Caspian Energy Jobs" və "Caspian Energy Info" layihələrinə tam və qismən inteqrasiya da nəzərdə tutulub.

"Caspian Energy Turkey" ildə iki dəfə beynəlxalq "Caspian Energy Forum" (Ankara və İstanbulda) və ildə bir dəfə "Caspian Energy Award Turkey", "Caspian Business Award Turkey", "Brand Award Turkey" beynəlxalq mükafatlarının təqdimetmə mərasimini təşkil edəcək.

Bununla yanaşı, hər ay Türkiyənin müxtəlif regionlarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət top-menecerlərinin və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə B2G, B2B və B2C formatlarında forum və müxtəlif tədbirlər keçiriləcək.

"Business Tour" layihəsi çərçivəsində sahibkarlar Türkiyənin müxtəlif region və müəssisələrinə şəxsən baş çəkmək və onların investisiya imkanları ilə tanış olmaq imkanı əldə edəcəklər. Analoji fəaliyyət gələcəkdə Rumıniya, Bolqarıstan, Ukrayna, Gürcüstan və Moldovada da təşkil olunacaq.

Hüseyn Vəliyev

Digər xəbərlər