Elxan Mikayılov: "Təhlükəli məhsul geri çağırılmadıqda AQTA onların bazardan yığışdırılmasını təmin edəcək"

Elxan Mikayılov: "Təhlükəli məhsul geri çağırılmadıqda AQTA onların bazardan yığışdırılmasını təmin edəcək"
  • Clock-gray 13:34
  • calendar-gray 25 Dekabr 2019

Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı hazırlanan yeni qanun layihəsinə geri çağırılma və yaxud bazardan yığışdırılma mexanizmi müəyyənləşdirilib.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, qanun layihəsi müvafiq qaydada qəbul edildikdən sonra artıq sahibkarlıq subyektlərinə təhlükəli məhsulların geri çağırılması ilə bağlı Agentlik tərəfindən bildiriş göndəriləcək.

"Əgər geri çağırılma təmin edilməsə qanunda bazardan yığışdırılma mexanizm nəzərdə tutulur. Sahibkar tərəfindən təhlükəli mal geri çağırılmadığı halda Agentliyin səlahiyyətli əməkdaşları tərəfindən həmin məhsulların bazardan yığışdırılması təmin ediləcək", - deyə E. Mikayılov qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər