"GM Construction" koronovirusla mübarizəyə 50 min manat ayırıb

"GM Construction" koronovirusla mübarizəyə 50 min manat ayırıb
# 24 mart 2020 17:53 (UTC +04:00)

Yeni növ koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin təmin olunması məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna “GM Construction” MMC şirkəti tərəfindən 50 min manat məbləğində dəstək göstərilib.

MMC-dən “APA-Economics”ə verilən məlumata görə, “GM Construction” tikinti şirkəti paytaxt yaxınlığında 1 512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yaşayış binalarının tikintisini həyata keçirən şirkətlərdən biridir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR