Gürcüstan Azərbaycana siqaret ixracını kəskin azaldıb

Gürcüstan Azərbaycana siqaret ixracını kəskin azaldıb
# 21 sentyabr 2020 17:33 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 10 479 min ABŞ dolları dəyərində 407,1 ton siqaret ixrac edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) bildirilib.

Qeyd olunub ki, ixrac edilən məhsulun dəyəri illik müqayisədə 15 627,8 min dollar və ya 2,5 dəfə, həcmi isə 772,2 ton və ya 2,9 dəfə azalıb. Belə ki, 2019-cu ilin ilk səkkiz ayında Gürcüstan Azərbaycana 26 106 min dollar dəyərində 1 179,3 ton siqaret ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR