Gürcüstandan Azərbaycana minik avtomobillərinin ixracı kəskin azalıb

Gürcüstandan Azərbaycana minik avtomobillərinin ixracı kəskin azalıb
# 19 mart 2021 12:03 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstandan Azərbaycana 27 906,1 min ABŞ dolları dəyərində 4 292 minik avtomobili ixrac edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika idarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən avtomobillərin sayı 2 282 vahid və ya 34,7%, dəyəri isə 2,3 dəfə azalıb. Belə ki, 2020-ci ilin yanvar-fevral ayları ərzində Gürcüstandan Azərbaycana 63 811,2 min dollar dəyərində 6 574 minik avtomobili ixrac edilib.

Cari ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 376 yük maşını ixrac edilib ki, bunların da ümumi dəyəri 2 442,9 min dollar olub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 116,4 min dollar və ya 5%, say baxımından isə 36 vahid və ya 10,5% artıb.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 318,4 min dollarlıq 19 traktor ixrac edilib ki, bu da dəyər və say baxımından ötən illə müqayisədə 3 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR