"Hyundai" 81 mindən çox elektromobili geri çağırır

"Hyundai" 81 mindən çox elektromobili geri çağırır
# 24 fevral 2021 13:59 (UTC +04:00)

Cənubi Koreyanın “Hyundai Motor Co.” şirkəti yanğın riski səbəbindən akkumulyator sistemlərini dəyişmək üçün 81,7 min elektrik avtomobili geri çağıracaq. Şirkət bununla əlaqədar 900 mln. ABŞ dollarına yaxın vəsait xərcləyəcək.

APA-Economics” xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Geri çağırılacaq nəqliyyat vasitələrinin sırasına 2017-ci ilin noyabrından 2020-ci ilin mart ayına qədər istehsal olunan 75,68 min “Kona”, 5 716 “IONIQ” elektromobili və 305 “Elec City Bus” elektrik avtobus daxildir.

Şirkət bəzi elementlərdəki qüsurlara görə avtomobillərdəki akkumulyator sistemlərini dəyişdirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR