İlon Mask "Forbes"un milyarderlər reytinqində ilk dəfə ikinci pilləyə yüksəlib

İlon Mask "Forbes"un milyarderlər reytinqində ilk dəfə ikinci pilləyə yüksəlib
# 09 dekabr 2020 14:35 (UTC +04:00)

Dekabrın 8-də "Tesla" və "SpaceX" şirkətinin rəhbəri İlon Maskın sərvəti 1,6 mlrd. ABŞ dolları və ya 1,1% artaraq 144,7 mlrd. dollar təşkil edib. Bununla da Mask "Forbes"un milyarderlər siyahısında ilk dəfə ikinci pilləyə yüksəlib.

"APA-Economics"in "Forbes"a istinadən verdiyi məlumata görə, İ. Mask reytinqdə Fransanın LVMH ("Louis Vuitton Moet Hennessy") şirkətlər qrupunun baş meneceri Bernar Arnonu (144,7 mlrd. dollar) geridə qoyub.

Qeyd edək ki, "Bloomberg Billionaires Index"nin (BBI) siyahısında İ. Mask artıq noyabrın 24-də "Microsoft"un təsisçisi Bill Geytsi geridə qoyaraq ikinci pilləyə yüksəlmişdi. "Forbes"un siyahısında B. Geyts 118,8 mlrd. dollar ilə dördüncü yerdədir. Hazırda BBI-ya görə, "Tesla"nın rəhbərinin xalis sərvəti 157 mlrd. dollardır.

Həm "Forbes", həm də "Bloomberg Billionaires Index"nin siyahısana "Amazon" korporasiyasının rəhbəri Ceff Bezos liderlik edir. "Forbes" onun xalis sərvətinin 185,4 mlrd. dollar, BBI isə 186 mlrd. dollar təşkil etdiyi göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR