İran Azərbaycanla ticarət əlaqələrini gücləndirmək niyyətindədir

İran Azərbaycanla ticarət əlaqələrini gücləndirmək niyyətindədir
  • Clock-gray 12:51
  • calendar-gray 02 İyul 2020

İran İslam Respublikası Azərbaycanla ticarət və ixracat əlaqələrini gücləndirmək niyyətindədir.

İranın Azərbaycandakı səfirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunu Germi və Ənqut şəhərlərinin İran parlamentindəki nümayəndəsi və İslami Şura Məclisinin İctimai Komissiyası sədrinin müavini Vəli İsmayılı deyib.

Onun sözlərinə görə, İran, xüsusilə də Ərdəbil əyaləti Azərbaycanla qonşu olmasını səbəbindən ixracat və ticarət baxımından, xüsusən kənd təsərrüfatı məhsulları sektorunda yaxşı əlaqələrə malikdir.

"İranın qonşu ölkələrlə əlaqələrinin möhkəmlənməsində parlamentin rolunu nəzərə alaraq, 11-ci parlamentdə də İranın Azərbaycanla ticarət balansını artırmağa çalışacağıq. İran və Azərbaycan arasında ticarət əlaqələrini icra olunan plana uyğun olaraq inkişafı məqsədilə qərara alınmışdır ki, iki ölkə arasında parlament dostluq qrupu yaradılsın və bu qrup iki ölkə arasında ticarət əlaqələrinin artmasında əsas rol oynayacaq", - deyə V. İsmayılı qeyd edib.

O həmçinin əlavə edib ki, iyulun 8-də Germidə Azərbaycanın müvafiq qrupları ilə görüş keçiriləcək.

Hüseyn Vəliyev

Digər xəbərlər