KOBİA: Rusiyaya meyvə-tərəvəz ixrac edən sahibkarlara köməklik göstəriləcək

KOBİA: Rusiyaya meyvə-tərəvəz ixrac edən sahibkarlara köməklik göstəriləcək
  • Clock-gray 12:09
  • calendar-gray 01 Mart 2021

Azərbaycan sahibkarlarının son vaxtlar Rusiya bazarına meyvə-tərəvəz ixracı zamanı yaşadığı problemlərin aradan qaldırılması istiqamətində növbəti aylarda köməklik göstəriləcək.

"APA-Economics"in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2020-ci ilin yekunlarına həsr olunmuş brifinqdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, xüsusilə, Avropa bazarına çıxmaq nəzərdə tutulur ki, bu bazarda yerli sahibkarlar daha çox rəqabət qabiliyyətli olmaqları zəruri olacaq: "Onlar bazarları seçərkən məhsullarını elə təqdim etməlidirlər ki, rəqabətə tab gətirsin. Dövlət maliyyə dəstəyini, təşviq mexanizmlərini göstərəcək. Sahibkarlarla dəfələrlə keçirilən görüşlərdə bu məsələlər ciddi müzakirə olunur və müvafiq tövsiyələr verilir".

Hüseyn Vəliyev

Digər xəbərlər