KOBİA və AFFA arasında memorandum imzalanıb - FOTO

KOBİA və AFFA arasında memorandum imzalanıb - FOTO
# 19 fevral 2020 10:38 (UTC +04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında Avro-2020 oyunları çərçivəsində əməkdaşlığa dair memorandum imzalanıb.

"APA-Economics"in məlumatına görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov imzalayıblar.

İmzalanan sənədə uyğun olaraq yerli biznes üçün oyun zamanı fan-zonalarda qida və içki satışı, həmçinin daxili turizm xidmətlərinin göstərmələrinə imkan yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR