Kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi qaydası müəyyənləşib

Kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi qaydası müəyyənləşib
# 15 oktyabr 2020 20:12 (UTC +04:00)

Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 11 bir aya qədər icarəyə və ya istifadəyə verilməsi ilə bağlı müqavilə notarius tərəfindən “Elektron notariat” informasiya sistemi vasitəsilə həmin torpaq sahəsinə dair qüvvədə olan müqavilə müəyyən edilmədiyi halda təsdiq ediləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da etdiyi dəyişiklikdə əksini tapıb.

Müqavilədə torpaq sahəsini icarəyə və ya istifadəyə verənin icarəçiyə və ya istifadəçiyə üçüncü şəxslərin hüquqlarından və ya hər hansı məhdudiyyətdən azad torpaq sahəsini verməsi qeyd edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR