"Kristal Abşeron" Qrupu "YAŞAT" Fonduna 100 min manat köçürüb

"Kristal Abşeron" Qrupu "YAŞAT" Fonduna 100 min manat köçürüb
# 15 dekabr 2020 16:36 (UTC +04:00)

Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT" Fondu) "Kristal Abşeron" Qrupu tərəfndən 100 min manat vəsait köçürülüb.

Bundan öncə də bir neçə şəhid ailəsinin kredit borclarının bağlanılması, müxtəlif həcmli yardımların göstərilməsi, silahlı qüvvələrə dəstək fonduna 200 min manatlıq dəstək kimi məsələlərlə gündəmə gələn "Kristal Abşeron" Qrup Ali Baş Komandanın imzası ilə yaradılan fonda bütün iş adamlarının dəstək olmağa çağırır.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR