Nağdsız alış-veriş etmək qazanmaq deməkdir! - FOTO

Nağdsız alış-veriş etmək qazanmaq deməkdir! - FOTO
  • Clock-gray 09:53
  • calendar-gray 03 Fevral 2021

"Mastercard" və "Bravo" "Nağdsız Azərbaycan" layihəsi çərçivəsində 2020-ci ilin əvvəlində başlayan bir illik lotereya kampaniyasının yekunları ilə bölüşüb.

"Mastercard""Bravo" "Nağdsız Azərbaycan" layihəsi çərçivəsində 2020-ci ilin əvvəlində başlayan bir illik lotereya kampaniyasının ikinci lüks avtomobili də öz şanslı qalibinə təqdim edilib. Kampaniyanın şərtlərinə əsasən Azərbaycanda hazırlanmış "Mastercard" və ya "Maestro" kartı olan və bu kartlarla alış-veriş edən hər bir "Bravo" müştərisi aylıq lotereyada iştirak etmək şansı qazanıb və nağdsız ödənişlər zamanı eyni şansı on qat artırıb. Kampaniya başlayandan bəri kart əməliyyatların 2 dəfə, təmassız əməliyyatlar isə 3 dəfə artım müşahidə olunur.

"Mastercard""Bravo" tərəfindən başladılan kampaniya nağdsız ödənişlərin artırılmasına və "Nağdsız Azərbaycan" proqramının dəstəklənməsinə yönəlib.

Xatırladaq ki, kampaniya 2020-ci il ərzində bütün "Bravo" mağazalarında keçərli olub. Hədiyyə qazanmaq üçün ən azı bir dəfə "Mastercard" kartı ilə ödəmək lazım gəlib. Bununla da lüks "Lexus" avtomobilləri və 20 ədəd son model "iPhone" smartfonları qazanmaq şansını əldə etmək mümkün olub. Kontaktsız ödənişə üstünlük verən istehlakçılar hər əməliyyatda 10 qat daha çox şans qazanıblar. Pandemiyaya baxmayaraq, nağdsız əməliyyatların istifadəsini genişləndirmək üçün xalqa paylanılan 20 "iPhone" və 2 "Lexus" avtomobili ilə bütün lotereya tirajları uğurla başa çatıb.

"Qürur hissi ilə vurğulamalıyam ki, "Mastercard" ölkənin daha şəffaf və güclü iqtisadiyyatı naminə nağdsız cəmiyyətə dəstək vermək üçün rəqəmsal ödənişləri artırmaq məqsədi daşıyan "Nağdsız Azərbaycan" layihəsində Azərbaycan hökumətini dəstəkləməyə davam edir. Bu lotereya ictimaiyyət üçün faydalı və çox uğurlu keçdi. Bütün "Mastercard" ödəmə əməliyyatları sizə bir şans verdi. "Mastercard"ın təmassız əməliyyatları isə 10 şans qazandırdı. Bizim gələcəkdə də belə kampaniyalarımız olacaq. Diqqətiniz bizdə olsun", - deyə "Mastercard"ın Azərbaycan üzrə Ölkə Meneceri Erdem Çakar qeyd edib.

"Biz "Mastercard" ilə əməkdaşlığı davam etdirməkdən çox  məmnunuq. Alış-verişləri müştərilərimiz üçün daha rahat etməyə çalışırıq, həm də gözəl mükafatlar qazanmaq imkanı ilə. Bütün qalibləri təbrik edirəm", - deyə "Bravo" Marketlər şəbəkəsinin İcraçı Direktoru Kevin Landi bildirib.

Qaliblər və lotereya haqqında daha ətraflı buradan öyrənə bilərsiniz. www.bravomastercardlottery.com. ​

Lotereya 21 yanvar 2021-ci il tarixində bitmişdir.

"Mastercard" haqqında (NYSE: MA), www.mastercard.com

"Mastercard" ödəniş sənayesində fəaliyyət göstərən qlobal bir texnologiya şirkətidir. Bizim missiyamız tranzaksiyaları daha təhlükəsiz, sadə, ağıllı və əlçatan etməklə hər kəsə hər yerdə faydalı olan əhatəli, rəqəmsal iqtisadiyyat yaratmaq və onu gücləndirməkdir. Təhlükəsiz məlumatlar, şəbəkələr və tərəfdaşlıqlardan istifadə edərək bizim innovasiya və həllərimiz fərdlərə, maliyyə institutlarına, hökumətlərə və şirkətlərə özlərinin ən böyük potensialını reallaşdırmaqda kömək edir. Bizim nizam-intizam əmsalımız bizim mədəniyyətimizə və şirkət daxilində və xaricində gördüyümüz hər bir işə stimul verir. Biz 210-dan çox ölkə və bölgədəki bağlantılarımızla biz hər kəs üçün qiymətsiz imkanlar açan dayanıqlı bir dünya qururuq.

APA-Economics

Digər xəbərlər