"PAŞA Holdinq" şirkətlərinin maliyyə dəstəyi ilə Azərbaycana cəlb edilən kubalı həkimlər daha 3 ay ölkəmizdə fəaliyyət göstərəcək

"PAŞA Holdinq" şirkətlərinin maliyyə dəstəyi ilə Azərbaycana cəlb edilən kubalı həkimlər daha 3 ay ölkəmizdə fəaliyyət göstərəcək
# 30 oktyabr 2020 14:24 (UTC +04:00)

Bu ilin iyul ayında “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” şirkətlərinin maliyyə dəstəyi ilə bütün dünyanı öz əsarətinə alan və vətəndaşlarımızın sağlamlığını risk altında saxlayan COVID-19 pandemiyasına qarşı mübarizə üçün Azərbaycana 115 kubalı tibb mütəxəssisi cəlb olunub.

Dünyada və ölkəmizdə ümumi epidemioloji vəziyyətin hələ də ağır olduğunu nəzərə alaraq, “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” şirkətləri sözügedən mütəxəssislərin Azərbaycanda daha 3 ay fəaliyyət göstərmələri məqsədilə xidmət haqqında müqaviləni uzadıb.

Daha öncə qeyd olunduğu kimi, tibb mütəxəssisləri arasında epidemioloqlar, infeksionistlər və reanimatoloqlar var. “PAŞA Holdinq” şirkətləri və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müştərək fəaliyyəti nəticəsində ölkəmizə çatdırılan mütəxəssislər Kubada geniş yoluxucu xəstəliklərlə, xüsusilə Ebola virusu ilə mübarizədə geniş təcrübəyə və ümumilikdə səhiyyə və tibb sahəsində dərin biliklərə malikdirlər. Ölkəmizə gələn səhiyyə işçiləri pandemiyaya qarşı mübarizədə yerli həkimlərlə öz təcrübələrini bölüşməyə, bu virusa yoluxmuş xəstələrin müalicəsində azərbaycanlı həmkarları ilə birlikdə çalışmağa davam edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR