Qazaxda yeni mebel istehsalı müəssisəsinə 10 mln. manat güzəştli kredit ayrılıb

Qazaxda yeni mebel istehsalı müəssisəsinə 10 mln. manat güzəştli kredit ayrılıb
# 22 fevral 2021 16:25 (UTC +04:00)

Qazax rayonunda mebel istehsalı fabriki yaradılıb.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, ümumi investisiya dəyəri 76,1 mln. manat olan müəssisəyə Nazirlik tərəfindən investisiya təşviqi sənədi verilib. Bundan başqa, fabrikə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 mln. manat güzəştli kredit verilib.

Mebel istehsalı müəssisəsinin bu ilin I rübü ərzində istifadəyə verilməsi nəzərdə tutulur. İldə 30 min dəst mebel istehsalı gücündə olacaq müəssisədə 400 yeni iş yeri açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR