Türkiyə ötən il 21 mlrd. dollarlıq inşaat materialı ixrac edib

Türkiyə ötən il 21 mlrd. dollarlıq inşaat materialı ixrac edib
# 10 fevral 2021 16:10 (UTC +04:00)

Ötən il Türkiyənin inşaat materiallarının ixracının həcmi illik ifadədə 16,2% artaraq rekord göstəriciyə – 59,96 mln. tona yüksəlib, dəyəri isə 1,5% azalaraq 21,16 mlrd. ABŞ dolları təşkil edib.

"APA-Economics"in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türk İnşaat Materialları İstehsalçıları Assosiasiyasının açıqlamasında deyilir.

Assosiasiyanın hesabatına görə, 2020-ci ilin I rübündə inşaat materialları ixracatı yüksək səviyyədə olsa da, sonradan pandemiya səbəbindən tendensiya azalmağa doğru gedib.

Ötən il tikinti materiallarının orta ixrac dəyəri 2019-cu ildəki 0,41 dollara qarşı hər kiloqram üçün 0,35 dollar olub.

Assosiasiya həmçinin bildirir ki, qiymətlərin enməsinə pandemiya və xarici bazarlarda tələbatın azalması təsir edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR