Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb
  • Clock-gray 13:53
  • calendar-gray 22 Fevral 2020

Xaçmaz KOB İnkişaf Mərkəzində gənclər və qadınlar üçün Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, Mərkəz Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərinin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə yaradılıb. Burada rezidentlərə biznes layihələrin hazırlanması, maliyyə resurslarına çıxış imkanları və maliyyənin idarə olunması, mentor və digər xidmətlər göstərilir.

Qeyd edək ki, Agentlik tərəfindən ötən ilin dekabr ayında inkubasiya iştirakçılarının seçilməsi məqsədilə müsabiqə elan edilib, istehsal və xidmət sahələri üzrə 35 rezident seçilib. Rezidentlər Mərkəzdə güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz edilən işçi otaqlarla təmin olunacaq və xidmətlərdən faydalana biləcəklər.

 

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date