"Alibaba"nın rəhbəri istefa verib

"Alibaba"nın rəhbəri istefa verib
# 10 sentyabr 2019 11:49 (UTC +04:00)

Çinin "Alibaba" şirkətinin təsisçisi və rəhbəri Cek Ma (Jack Ma) Direktorlar Şurasının sədri vəzifəsindən istefa verib.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, Cek Manın yerini şirkətin icraçı direktoru Daniel Çjanq (Daniel Zhang) tutub.

Cek Ma vəzifəsini tərk etməklə bağlı planlarını ötən ilin sentyabrın 10-da açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR