Azərbaycan və Monteneqro arasında beş yeni müqavilə imzalanacaq

Azərbaycan və Monteneqro arasında beş yeni müqavilə imzalanacaq
# 25 iyun 2019 12:53 (UTC +04:00)

Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə işlər aparılır.

"APA-Economics"in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, müqavilələrin sayı dövlətlərarası komissiyanın növbəti iclasına qədər həm hökumətlərarası səviyyədə, həm də şirkətlər arasında artacağı gözlənilir.

"Hazırda iki ölkə arasında artıq 17 müqavilə imzalanıb və normativ hüquqi baza formalaşıb", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR