Azərbaycan və Rusiyanın biznes subyektləri arasında sərhədyanı əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

Azərbaycan və Rusiyanın biznes subyektləri arasında sərhədyanı əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb
# 15 iyun 2019 13:26 (UTC +04:00)

Azərbaycan və Rusiyanın kiçik və orta biznes (KOB) subyektləri arasında sərhədyanı əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən APA-Economics-ə verilən məlumata görə, Mahaçqala şəhərində təşkil olunan dəyirmi masada iki ölkə arasında, xüsusilə sərhədyanı bölgələrdə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları, KOB-lar arasında birgə layihələrin reallaşdırılması məsələləri müzakirə edilib.

Dəyirmi masada Azərbaycan və Rusiyanın KOB subyektləri arasında sərhədyanı əməkdaşlığın inkişafına dair bir sıra təkliflər səsləndirilib. Qarşılıqlı biznes missiyaların təşkili barədə təklif sahibkarlar tərəfindən maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR