Azərbaycanda indiyədək 340-dan çox sahibkarlıq subyektinə 405 investisiya təşviqi verilib

Azərbaycanda indiyədək 340-dan çox sahibkarlıq subyektinə 405 investisiya təşviqi verilib
  • Clock-gray 10:17
  • calendar-gray 27 Sentyabr 2019

Azərbaycanda investisiya təşviqi mexanizmi çərçivəsində indiyədək 340-dan çox sahibkarlıq subyektinə 405 investisiya təşviqi verilib ki, bunun da nəticəsində 3,8 mlrd. manatdan çox investisiyanın yatırılması və 27 mindən çox yeni iş yerin açılması nəzərdə tutulur.

APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda çıxış edən Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, investisiyaya dəyəri 2,5 mlrd. manatdan çox olan 260-a yaxınadək sahibkarlıq subyektləri üzrə 270 investisiya layihəsi artıq fəaliyyətə başlayıb və 19 mindən çox yeni iş yeri yaradılıb: "İnvestisiya təşviqi sənədini alan 350 sahibkara dəyəri 900 mln. manatdan çox olan texnika və texnoloji avadanlığın idxalı üçün 240 mln. manatadək güzəşt verilib".

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date