Bakının iri marketlərində yeni nəsil nəzarət-kassa aparatları tətbiq olunur - SİYAHI

Bakının iri marketlərində yeni nəsil nəzarət-kassa aparatları tətbiq olunur - SİYAHI
# 04 iyul 2019 16:22 (UTC +04:00)

Bakı şəhərinin iri marketlər şəbəkəsində yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işlər aparılır.

Azərbaycan Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sistemin işə düşməsi üçün proqram təminatlarının Nazirliyinin informasiya sistemi ilə inteqrasiya edilməsi üzrə işlərin yekunlaşdırılması və vergi ödəyicilərinin texniki imkanlarının yeni tələblərə uyğunlaşdırılması prosesi gedir. Bu proseslər əsas marketlər üzrə iyul ayı ərzində yekunlaşacaq. Nəzarət-kassa aparatlarının tətbiqi qrafikinin birinci mərhələsində “Bravo Supermarket”, “Bazarstore Supermarket”, “Al Market”, “Bizim Market”, “OBA Market”, “Araz Supermarket”, “Spar Supermarket”, “FAVORİT Supermarket”, “Neptun Market”, “Grand Mart”, “Avromart”, “Market FR”, “Səbət Market”, “Fresco Supermarket”, “Bolmart Supermaket”, “Port Baku Bazar”, “Megastore Market”, “Rahat Market”, “Kontinental Supermarket”, “West Mart”, “AİLƏ Supermarket”, “Sərham Market”, ”Caspian Cristal Gastranomy”, “Armo Store Market” mağazalar şəbəkələrinin inteqrasiyası nəzərdə tutulub.

Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulan qrafik üzrə təsərrüfat subyektlərində təmin ediləcəkdir. Bu kassaların quraşdırılmasından imtina edilməsi, quraşdırılmasından sonra kassalardan istifadə olunmaması və yaxud nağd hesablaşma qaydalarının pozulması halları vergi qanunvericiliyində nəzərdə tutulan məsuliyyət tədbirlərinə səbəb ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR