Çinin Mülki Mühəndislik Tikinti Korporasiyası Azərbaycanda infrastruktur layihələrində iştirak etməkdə maraqlıdır

Çinin Mülki Mühəndislik Tikinti Korporasiyası Azərbaycanda infrastruktur layihələrində iştirak etməkdə maraqlıdır
# 10 avqust 2019 10:41 (UTC +04:00)

Çinin Mülki Mühəndislik Tikinti Korporasiyası Azərbaycanda infrastruktur layihələrində iştirak etməkdə maraqlıdır.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu Korporasiyanın Avrasiya üzrə xarici investisiya işləri departamentinin baş direktoru Yanq Aymin nazir Şahin Mustafayevlə görüşü zamanı deyib. O, Korporasiyanın 100-dən çox ölkədə fəaliyyət göstərdiyini, əsasən yüksək sürətli dəmir yollarının inşası, hava limanlarının, metro, port və elektrik stansiyalarının tikintisi sahəsində ixtisaslaşdığını diqqətə çatdırıb.

Görüşdə Çin Dəmiryolu İnşaatı Korporasiyası ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Öz növbəsində Ş.Mustafayev ölkələr arasında əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində mühüm rolunu vurğulayıb.

Çinlə tranzit daşımaları, logistika, ticarət, investisiya, İKT, turizm və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edən İqtisadiyyat naziri Azərbaycan-Çin iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Çində Azərbaycanın ticarət nümayəndəliyi, ticarət və şərab evləri fəaliyyət göstərir. Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası ikitərəfli əməkdaşlığın genişləndirilməsində önəmli rol oynayır.

Nazir, qeyri-neft o cümlədən tikinti sektorunun Azərbaycanda inkişaf etdiyini, ölkənin bu sahədə dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıqda marağını diqqətə çatdırıb. O, ölkədə yol infrastrukturunun və dəmir yolları şəbəkəsinin yenidən qurulması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verərək, Korporasiyanı Azərbaycanda yaradılan əlverişli işgüzar mühitdən yararlanmaqla birgə əməkdaşlığa dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR