Fransa Azərbaycanın qeyri-neft sektoruna sərmayə yatırmaq niyyətindədir

Fransa Azərbaycanın qeyri-neft sektoruna sərmayə yatırmaq niyyətindədir
# 11 iyul 2019 13:16 (UTC +04:00)

Fransa Azərbaycanla kənd təsərrüfatı, turizm və yeni texnologiyalar sahəsində əməkdaşlıq qura bilər. "APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə Fransa Şirkətləri Birliyinin (MEDEF) prezidenti Jofrua de Bezyö bildirib.

Onun sözlərinə görə, həm kənd təsərrüfatı, həm də turizm sahəsində əməkdaşlıq üçün böyük imkanlar var.

J. de Bezyö qeyd edib ki, Fransa-Azərbaycan iqtisadi əlaqələri inkişaf edir, lakin onları daha da genişləndirmək üçün imkanlar mövcuddur.

İki ölkə arasında energetika sahəsində dərin əlaqələr mövcuddur, Fransanın “Total” şirkəti Azərbaycanda fəaliyyət göstərir. Buna baxmayaraq, J. de Bezyönun sözlərinə görə, Fransa tərəfi başqa sahələrə də sərmayə yatırmaqda maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR