Komitə sədri Bakıda pilot layihələrlə əlaqədar yaranan problemin həllini tapdığını açıqlayıb

Komitə sədri Bakıda pilot layihələrlə əlaqədar yaranan problemin həllini tapdığını açıqlayıb
# 02 iyul 2019 11:34 (UTC +04:00)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Bakıda köhnə və qəzalı binalarla əlaqədar pilot layihələrdə iştirak edən tikinti şirkətlərinin tikintiyə dair normativ tələblərlə əlaqədar üzləşdikləri problemə münasibət bildirib.

APA-nın məlumatına görə, S. Nuriyev jurnalistlərə açıqlamasında deyib ki, bu günə qədər 212 tikinti layihəsi təsdiqlənib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri həmin layihələrin yarıdan çoxunun Bakı şəhəri ərazisində olduğunu nəzərə çatdırıb: "Bu, təqribən 1 milyon 800 min kv. m tikintinin planlaşdırılması deməkdir və bunun 1 milyon kv.m-dən artığı Bakıya aiddir. Burada əsas məqsədimiz 2014-cü ildə Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş şəhərsalma norma və normativlərinə uyğun olaraq layihələrin hazırlanması, təqdim olunması, təsdiqlənməsi və həyat keçirilməsindən ibarətdir. Biz son aylar görürük ki, artıq iş adamları tərəfindən təqdim olunan layihələr bu normalara uyğundur. Getdikcə təqdim olunan layihələr həm şəhərsalma normativləri, həm də memarlıq həlləri baxımından keyfiyyətcə daha yüksəkdir. Ona görə də çox pozitiv dinamika mövcuddur və getdikcə də bu layihələrin sayı artacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR