Nazir: "Azərbaycan və Monteneqro arasında ticarət dövriyyəsinin artımı mövcud potensialı tam əks etdirmir"

Nazir: "Azərbaycan və Monteneqro arasında ticarət dövriyyəsinin artımı mövcud potensialı tam əks etdirmir"
# 25 iyun 2019 11:31 (UTC +04:00)

Azərbaycan və Monteneqro arasında ticarət dövriyyəsinin ötən il ciddi şəkildə artmasına baxmayaraq, bu artım mövcud olan potensialı tam əks etdirmir. "APA-Economics"in xəbərinə görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Monteneqro biznes forumunda çıxış edən Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu potensialın genişləndirilməsinə və realizəsinə böyük imkanlar mövcuddur.

"Azərbaycan investisiyaları bu gün Monteneqroda çox uğurla icra olunur. Azərbaycan şirkətləri həm maliyyə sahəsində təmsil olunublar, həm də ölkənin ən böyük infrastruktur – turizm kompleksinin tikintisinə cəlb ediliblər. Paralel olaraq Azərbaycan şirkətləri Monteneqro ilə müxtəlif investisiya layihələrini müzakirə edirlər. Mən inanıram ki, Monteneqro dövlətinin dəstəyini, xarici investisiyaların genişlənməsi sahəsində açılan imkanları nəzərə alaraq, investisiyalarımızın daha da genişləndirilməsinə, ticarət dövriyyəsinin daha da genişlənməsinə böyük imkanlar var", - deyə S. Babayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR