Nazir müavini: "Bu günədək Əfqanıstan Azərbaycan iqtisadiyyatına 1,5 mln. dollar investisiya yatırıb"

Nazir müavini: "Bu günədək Əfqanıstan Azərbaycan iqtisadiyyatına 1,5 mln. dollar investisiya yatırıb"
# 16 iyul 2019 11:47 (UTC +04:00)

Ötən il Azərbaycanla Əfqanıstan arasında ticarət dövriyyəsi 71,5 mln. ABŞ dolları təşkil edərək, 2017-ci illə müqayisədə 37% artıb. "APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupun iclası zamanı söyləyib.

Onun sözlərinə görə, bu ilin yanvar-may aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasındakı ticarət dövriyyəsi 15% artıb: "Lakin biz bu sahədə imkanlarımızın daha geniş olduğunu bilirik və qarşılıqlı ticarət dövriyyəsinin artırılması üzrə səylərimizi gücləndirməliyik".

S. Məmmədov onu da bildirib ki, Azərbaycanda sənaye, nəqliyyat və xidmət sahələri üzrə 11 Əfqanıstan şirkəti qeydiyyatdan keçib və bu günədək Əfqanıstan Azərbaycan iqtisadiyyatına 1,5 mln. ABŞ dolları məbləğində investisiya yatırıb.

"Fikrimizcə, ölkələrimiz arasında inşaat materiallarının istehsalı, tikinti, rabitə, nəqliyyat, avtomobil yollarının çəkilişi, elektrik enerjisinin istehsalı, meliorasiya, kənd təsərrüfatı, meyvə-tərəvəz məhsullarının qablaşdırılması və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilə bilər", - deyə nazir müavini əlavə edib.

S. Məmmədovun sözlərinə görə, istismara verilmiş Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı və Ələtdə yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə etməklə Əfqanıstandan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün əlverişli şərait mövcuddur.

Azərbaycan və Əfqanıstan arasında ikitərəfli (idxal-ixrac) və tranzit yük daşımaları həcminin dəmir yolu, dəniz və avtomobil daşımaları vasitələri ilə inkişaf etdirilməsi istiqamətində görülmüş müvafiq işlərin böyük əhəmiyyəti var: “Bu xüsusda, “Tranzit Ticarət və Nəqliyyat üzrə əməkdaşlıq haqqında Saziş”in (Lapis Lazuli marşrutu) imzalanması və bu marşrutla ilk sınaq yükünün Əfqanıstan Prezidenti Əşrəf Qəninin iştirakı ilə yola salınmasının müsbət haldır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR