Satınalma prosedurlarında iştirak edən podratçıların vergi öhdəlikləri ilə bağlı tələblər sərtləşdirilir

Satınalma prosedurlarında iştirak edən podratçıların vergi öhdəlikləri ilə bağlı tələblər sərtləşdirilir
# 03 iyul 2019 17:43 (UTC +04:00)

Azərbaycanda satınalma prosedurlarında iştirak edən malgöndərənlərin (podratçıların) vergi öhdəlikləri ilə bağlı tələblər daha da sərtləşdirilir.

APA-nın məlumatına görə, bu, “ Dövlət satınalmaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, satınalmada iştirak edənlərin vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəlikləri olmamalıdır. Təklif edilən dəyişikliyə əsasən, həm də son 1 il ərzində vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması tələb ediləcək.

Təklif olunan dəyişiklikdə məqsəd satınalma prosedurlarında iştirak etmək istəyənlərin vergiləri vaxtında və tam ödəməsinə məsuliyyətini artırmaqdır.

Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyulun 9-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR