Səid Əl-Mənsuri: Azərbaycanla BƏƏ arasında əməkdaşlığın genişləndirilməsi üçün gözəl fürsət yaranıb

Səid Əl-Mənsuri: Azərbaycanla BƏƏ arasında əməkdaşlığın genişləndirilməsi üçün gözəl fürsət yaranıb
# 13 noyabr 2019 12:05 (UTC +04:00)

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əməkdaşlığın genişləndirilməsi üçün gözəl fürsət yaranıb.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BƏƏ-nin İqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsuri deyib.

Onun sözlərinə görə, əməkdaşlıq turizm və BƏƏ tərəfindən investisiyaların cəlb edilməsi sahələrində genişləndirilə bilər ki, bu məsələyə xüsusi diqqət ayrılıb.

"Bugünkü iclas zamanı həmçinin nəqliyyat, bərpa olunan enerji və ölkələr arasında yükdaşımalar sahələri də gündəmdə idi", - deyə nazir qeyd edib.

Səid Əl-Mənsuri əlavə edib ki, o, bu gün Bakıda keçirilən Hökumətlərarası Komissiyanın iclasında azərbaycanlı həmkarı ilə BƏƏ-yə və eyni zamanda Fars körfəzi ölkələrinə Azərbaycanın kənd təsərrüfatı məhsullarının daşınmasına dair müzakirələr aparıb.

"Bu məhsulların BƏƏ-yə satılması yollarını ətraflı müzakirə etdik və iki ölkə arasındakı mübadilə 265 mln. ABŞ dolları deyil, daha yüksək rəqəmə çatmalıdır. Əlbəttə, əməkdaşlığımızın növbəti mərhələsi çox mühüm olacaq. Bunun üçün biz peşəkar komanda yaratmışıq. Hər iki tərəfin komandası yaxın 6 ay ərzində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməlidir", - deyə nazir əlavə edib.

O həmçinin bildirib ki, 2022-ci ildə BƏƏ-də keçiriləcək “Expo” sərgisində Azərbaycanın iştirakı da müzakirə olunub: "İki ölkə arasında mühüm məsələlərdən biri də bərpa olunan enerji sahəsinin müzakirəsi idi ki, növbəti mərhələdə ölkələr arasında bir sıra mühüm layihələrin həyata keçirilməsi gözlənilir", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR