Vüsal Qasımlı: "Azərbaycanda dövlət-özəl dialoqu mobil idarəetmə strukturuna malikdir"

Vüsal Qasımlı: "Azərbaycanda dövlət-özəl dialoqu mobil idarəetmə strukturuna malikdir"
# 06 sentyabr 2019 11:36 (UTC +04:00)

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində Azərbaycanda dövlət-özəl dialoqu uzunmüddətli strateji hədəflərə istiqamətlənməklə yanaşı, mobil idarəetmə strukturuna malikdir.

"APA-Economics"in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının katibləri ilə ictimai birliklər (QHT) və biznes assosiasiyalarının görüşü çərçivəsində deyib.

Onun sözlərinə görə, Azranking.az portalı dövlət-özəl dialoqunu rəqəmsal platformaya keçirtməklə nəticə əsaslı fəaliyyəti təmin edir. Bu tip dövlət-özəl dialoqunun həyata keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların inklüziv, nəticə əsaslı, kompleksli və sistemli olmasını təmin edir.

Azərbaycanda dövlət-özəl dialoqunun həyata keçirilməsi yaxşı idarəetmə və açıq hökumət prinsiplərinə uyğundur.

"Digər tərəfdən isə dövlət-özəl dialoqunun həyata keçirilməsi vətəndaş iştirakçılığı üçün geniş imkanlar yaradır. Beləliklə, iqtisadi siyasət fövqündə insan amili dayanır, iqtisadi siyasət Azərbaycan vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətlənir. Çünki iqtisadi siyasətin formalaşmasında Azərbaycan vətəndaşı, müxtəlif təşkilatlanma formalarına – beyin mərkəzləri, ictimai təşkilatlar, beyin mərkəzləri, biznes strukturları və dövlət strukturları vasitəsi ilə yaxından iştirak edir", - deyə V. Qasımlı qeyd edib.

Onun sözlərinə görə, məhz belə mütəşəkkil qaydada həyata keçirilən iqtisadi islahatların nəticəsidir ki, bu gün Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında dünyanın ən islahatçı ölkəsi kimi qiymətləndirilərək 190 ölkə arasında 25-ci yeri tutub. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində bu il reytinqdə daha da irəliləyəcəyimiz güman olunur.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edib. O, portalın funksionallığı, eyni zamanda “Elektron” Kargüzarlıq Sistemi”ndə istifadə ilə bağlı ictimai birliklər və biznes assosiasiyalarının nümayəndələrinə ətraflı məlumatlar təqdim edib.

V. Şıxəliyev əlavə edib ki, bu portal Azərbaycanda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın rəqəmsal təşkili üçün yaradılıb. Portalda Komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən portalda Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların ictimaiyyət, eləcə də kütləvi informasiya vasitələrində şəffaf və əlçatan olaraq yayılmasını təmin etmək məqsədi daşıyır. Komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR