"AL Market"dən Şəhid ailələrinə Novruz sovqatı - FOTO

"AL Market"dən Şəhid ailələrinə Novruz sovqatı - FOTO
# 17 mart 2023 09:16 (UTC +04:00)

“AL Market” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Novruz Bayramı ərəfəsində ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş qəhrəmanların ailə üzvlərinə diqqət və qayğı göstərmək məqsədilə “Novruz sovqatı” adlı korporativ sosial məsuliyyət layihəsi təşkil olunub.

13 mart 2023-cü il tarixində “AL Market” Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialınin rəhbər şəxsləri və digər əməkdaşları tərəfindən 25 şəhid ailəsi ziyarət edilib, Novruz bayramı münasibətilə təbrik olunub, bayram sovqatları təqdim edilib.

Qeyd edək ki, bayram ziyarəti həssas qruplara dəstək proqramları çərçivəsində icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR