ASK sədri: Azərbaycanlı sahibkarlar türk qardaşlarının yanındadır

ASK sədri: Azərbaycanlı sahibkarlar türk qardaşlarının yanındadır
# 08 fevral 2023 12:02 (UTC +04:00)

Bu gün azərbaycanlı sahibkarlar qardaş Türkiyəyə yardım etmək üçün kampaniyaya qoşulublar.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) sədri Məmməd Musayev “Qardaş Köməyi” platformasının təqdimatında çıxışı zamanı bildirib.

“Biz əlimizdən nə gəlir edəcəyik. Azərbaycanlı sahibkarlar qardaşının yanındadır. Bu gün müəyyən müzakirələr aparılacaq. Hətta lazım olsa Türkiyəyə səfərlər də təşkil ediləcək”, - deyə Məmməd Musayev əlavə edib.

ASK sədri onu da bildirib ki, artıq yardımla dolu bir TIR Naxçıvandan Türkiyəyə yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR