Azərbaycan Özbəkistanın biznes ombudsmanı ilə əməkdaşlıq edəcək

Azərbaycan Özbəkistanın biznes ombudsmanı ilə əməkdaşlıq edəcək
# 01 avqust 2022 16:45 (UTC +04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Özbəkistan Prezidenti yanında sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə Müvəkkil arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

KOBİA-dan “APA-Economics”ə verilən məlumata görə, sənəd avqustun 1-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası çərçivəsində imzalanıb.

Memorandum iki ölkə arasında sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsində əməkdaşlığı, birgə və əlaqələndirilmiş tədbirləri nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR