Bu ilin yanvar-iyun ayları ərzində tütün və tütün məhsullarının Azərbaycana idxalı ötən illə müqayisədə azalıb.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə 51,3 mln. ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. Bu göstərici ötən ilin ilk yarısına nisbətən 14,7% azalıb.