Azərbaycan üzrə Kiçik Biznes Aktı reytinqi hazırlanacaq

Azərbaycan üzrə Kiçik Biznes Aktı reytinqi hazırlanacaq
# 27 aprel 2022 12:10 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) Azərbaycan üzrə Kiçik Biznes Aktı reytinqini hazırlayacaq. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən"APA-Economics"ə verilən məlumata görə, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Avrasiya Departamentinin rəhbəri Uilyam Tompson Mərkəzin icraçı direktoru Vüsal Qasımlı ilə görüşü zamanı bildirib.

O, qiymətləndirilməsi nəzərdə tutulan reytinqdə tətbiq olunacaq qiymətləndirmə metodologiyası, eləcə də İƏİT tərəfindən icra olunan Məhsul Bazarı İndikatoru (PMİ) qiymətləndirməsi barədə məlumat verib.

Uilyam Tompson Azərbaycanda vergi islahatları, korporativ idarəetmə standartlarının tətbiqi və nəzarət zərfi dövlətə məxsus müəssisələrin özəlləşdirilməsi praktikaları, həmçinin biznes mühitinin yaxşılaşdırıması istiqamətində əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR