Azərbaycan və İsrail startaplara özəl investisiyaların cəlb edilməsini müzakirə edib

Azərbaycan və İsrail startaplara özəl investisiyaların cəlb edilməsini müzakirə edib
# 09 iyun 2022 14:40 (UTC +04:00)

Azərbaycan və İsrail arasında startapların maliyyələşdirilməsinə özəl investorların cəlb edilməsi barədə müzakirə aparılıb.

Sahibkarlığın İnkişafı Fondundan “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan məsələyə dair fikir mübadiləsi Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyevlə İsrailin Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Doron Peerllə keçirilən görüş zamanı aparılıb.

Görüşdə həmçinin tərəflər arasında potensial əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış məsələsi, birgə maliyyələşmə proqramlarının həyata keçirilməsi perspektivləri nəzərdən keçirilib.

Doron Peerl Fondun cari fəaliyyət istiqamətləri, maliyyə dəstəyi proqramları, güzəştli kredit və subsidiya mexanizmlər barədə məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR