Azərbaycan və Moldova arasında biznes forumlar keçiriləcək

Azərbaycan və Moldova arasında biznes forumlar keçiriləcək
# 03 iyun 2022 14:01 (UTC +04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Moldova Respublikası Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu ilə görüşüb.

APA xəbər verir ki, nazir bu barədə “Twitter” hesabında yazıb.

O qeyd edib ki, görüşdə ixrac sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və biznes forumların təşkil edilməsi barədə ətraflı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR