Azərbaycan və Qırğızıstan investisiya qoyuluşunu təşviq edəcək - FOTO

Azərbaycan və Qırğızıstan investisiya əməkdaşlığını təşviq etmək barədə razılığa gəlib

© APA | Azərbaycan və Qırğızıstan investisiya əməkdaşlığını təşviq etmək barədə razılığa gəlib

# 27 yanvar 2022 18:11 (UTC +04:00)

Qırğızıstan Azərbaycanla ikitərəfli əlaqələrin dərinləşdirilməsi və inkişaf etdirilməsində qarşılıqlı maraqlara əsaslanan hərtərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

APA-Economics” Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bunu Qırğızıstanın investisiyalar naziri Nuradil Bayasov Azərbaycanın ekspert qrupu ilə görüşündə deyib.

İnvestisiya, biznesin inkişafı, energetika və kənd təsərrüfatı tədqiqatları sahəsində dövlət orqanlarının rəhbərlərindən ibarət ekspert qrupuna Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov rəhbərlik edir.

Tərəflər birgə dialoqun intensivləşdirilməsi və gələcək ticarət-iqtisadi və investisiya əməkdaşlığının təşviqi barədə razılığa gəliblər, həmçinin investisiya layihələrinin birgə həyata keçirilməsinin və birgə müəssisələrin yaradılmasının xüsusi rolunu qeyd ediblər.

İstehsal potensialı və inkişaf təcrübəsi ilə tanış olmaq məqsədilə Azərbaycan nümayəndə heyəti “Bişkek” Azad İqtisadi Zonasında olub, həmçinin dövlət qurumları və yerli biznes strukturları ilə bir sıra görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR