Azərbaycana alkoqollu içkilərin ixracı və idxalı artıb

Azərbaycana alkoqollu içkilərin ixracı və idxalı artıb
# 20 sentyabr 2022 13:20 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 11 289,1 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ixracın dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 2 387,42 min dollar və ya 26,8% artıb.

Cari ilin ilk səkkiz ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,04%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,6%-ə bərabər olub.

Hesabat dövründə bu məhsul kateqoriyası üzrə ölkəyə idxalın dəyəri 58 710,33 min dollar təşkil edib ki, bu da 2021-ci ilin yanvar-avqust aylarının göstəricisindən 7 302,38 min dollar və ya 14,2% çoxdur. Bu ilin ilk səkkiz ayında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,7% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR