Azərbaycana gətirilən fındıq, üzüm, alma və armuda tətbiq olunan gömrük rüsumunun müddəti artırılıb

Azərbaycana gətirilən fındıq, üzüm, alma və armuda tətbiq olunan gömrük rüsumunun müddəti artırılıb
# 30 dekabr 2021 10:56 (UTC +04:00)

Azərbaycana idxal edilən meşə fındığı, təzə süfrə üzümü, alma, armud (perrinin, və ya armud sidrinin istehsalı üçün, qalama halında) tətbiq edilən idxal gömrük rüsumunun müddəti uzadılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Meşə fındığının 1 kq-na tətbiq edilən 1,5 ABŞ dolları, təzə süfrə üzümünün 1 kq-na tətbiq edilən 0,4 ABŞ dolları, almanın 1 kq-na tətbiq edilən 0,3 ABŞ dolları, armudun 1 kq-na tətbiq edilən 0,3 ABŞ dollar idxal gömrük rüsumun tətbiq müddəti 31 dekabr 2021-ci ildən 31 dekabr 2023-cü ilə qədər uzadılıb.

Bu müddətdən sonra həmin məhsulların 1 kq-na 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.

Qeyd edilək ki, bu qərar ölkə daxilində məhsul istehsalı ilə bağlı daxili bazarın qorunmasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR