Bank Of Baku

Vanthana Nolintha: Ümid edirik Azərbaycan gələcəkdə Laosun əsas investorlarından birinə çevriləcək

Laosun İnvestisiyaların Təşviqi və İdarə Edilməsi Komitəsinin daimi komitəsinin üzvü və daimi katibi Vanthana Nolintha

© APA | Laosun İnvestisiyaların Təşviqi və İdarə Edilməsi Komitəsinin daimi komitəsinin üzvü və daimi katibi Vanthana Nolintha

# 14 oktyabr 2026 12:21 (UTC +04:00)

Laos iqtisadiyyatı Azərbaycan iqtisadiyyatı qədər böyük olmasa da, son beş il ərzində ölkəmizə təxminən 17 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya cəlb edilib.

“APA-Economics” xəbər verir ki, bu barədə Laosun İnvestisiyaların Təşviqi və İdarə Edilməsi Komitəsinin daimi komitəsinin üzvü və daimi katibi Vanthana Nolintha Bakıda keçirilən Azərbaycan-Laos İnvestisiya və Biznes Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Laosda xarici investorların ən çox maraq göstərdiyi sahələr təbii ehtiyatlarla əlaqəli sektorlardır: “Son beş il ərzində birbaşa xarici investisiyaların təxminən 44%-i enerji sektoruna yönəlib. Son iki-üç ildə isə külək və günəş enerjisinə maraq daha da artıb. Bu, enerji sektorunda yeni investisiya tendensiyasıdır.

O qeyd edib ki, xarici investisiyaların cəlb olunduğu ikinci əsas sahə nəqliyyat, logistika və turizmlə əlaqəli xidmət sektorudur. Üçüncü yerdə isə dağ-mədən sənayesi gəlir:

“Laos mineral ehtiyatlarla zəngin ölkədir. Burada mis, qızıl, nadir torpaq elementləri və digər qiymətli metallar mövcuddur. Buna görə də dağ-mədən sənayemiz birbaşa xarici investisiyaların əhəmiyyətli hissəsini cəlb edir”.

O vurğulayıb ki, Laosa ən çox investisiya yatıran ölkələr əsasən coğrafi baxımdan Laosa yaxın olan dövlətlərdir: “Çin, Vyetnam və Tailand ənənəvi olaraq ölkəmizin əsas investorlarıdır. Lakin son beş ildə, o cümlədən cari ildə Vyetnam Laosun ən böyük investoruna çevrilib. Hazırda Laosda ümumilikdə 53 ölkədən investor fəaliyyət göstərir. Ümid edirik ki, qarşıdakı beş-on il ərzində Azərbaycan da əsas investorlarımızdan birinə çevriləcək və iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının gücləndirilməsinə töhfə verəcək. Hələlik isə Laosun əsas investorları bunlardır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR