Azərbaycana tütün məmulatlarının idxalı artıb

Azərbaycana tütün məmulatlarının idxalı artıb
# 19 sentyabr 2022 17:50 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri bir il öncəki göstəriciyə nisbətən artıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə 63 172,7 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu 2021-ci ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə 639,3 min dollar və ya 1% çoxdur.

Qeyd edək ki, cari ilin ilk səkkiz ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,71%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR