Azərbaycana tütün məmulatlarının idxalı kəskin artıb

Azərbaycana tütün məmulatlarının idxalı kəskin artıb
# 16 fevral 2023 11:18 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən 2.6 dəfə artıb.

APA-Economics” Dövlər Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə 13 mln. 868.92 min dollar dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu 2022-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 2.6 dəfə və ya 8 mln. 610 min dollar çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0.98%-nə bərabər olub. Xatırladaq ki, ötən ilin yanvar ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0.54%-ni təşkil edib.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR