Azərbaycana yeyinti məhsullarının idxalı 16% artıb

Azərbaycana yeyinti məhsullarının idxalı 16% artıb
# 22 iyun 2022 14:59 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 875 067,1 min ABŞ dollarına bərabər olub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, yeyinti məhsulları üzrə idxalın dəyəri bir il öncəki göstəriciyə nisbətən 16% artıb.

Ümumilikdə, cari ilin ilk beş ayında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 17,04% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,15 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR