Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, bununla da “Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 39-a çatıb.
“Startap” şəhadətnamələri "Setup" MMC-nin uduşlu bilik yarışmasının təşkili (veb və mobil tətbiq vasitəsilə), "Smart Logistics 2021" MMC-nin yük maşınlarının sifarişi üçün mobil tətbiq, “Sakuraz Green Energy” MMC-nin litium-ion akkumulyatorlarının toplanması və bərpası işinin təşkili layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Azərbaycanda 39 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
21 aprel 2022 13:30 (UTC +04:00)
Sahibkarlıq
İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı - FOTO
16:06
3 may 2024
“Berqa”dan əhvalınızı dəyişəcək layihə
12:25
3 may 2024
“Kontakt”da 70%-dək endirimli “Super günlər” başladı - YALNIZ 3 GÜN - YENİLƏNİB
11:13
3 may 2024
I rübdə Azərbaycanın TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsi 1.7 mlrd. dolları ötüb
16:35
2 may 2024