Azərbaycanda daha 6 səhmdar cəmiyyətin səhm paketləri özəlləşdiriləcək

Azərbaycanda daha 6 səhmdar cəmiyyətin səhm paketləri özəlləşdiriləcək
# 27 yanvar 2022 13:57 (UTC +04:00)

Azərbaycanda daha 6 səhmdar cəmiyyətin səhm paketləri özəlləşdiriləcək.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 22 fevral tarixində hərrac keçiriləcək.

Hərraca həmçinin 17 kiçik dövlət müəssisəsi və obyekti, 2 yarımçıq tikili və 29 nəqliyyat vasitəsi çıxarılacaq. Hərraca çıxarılacaq səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı, təmir və digər sahələrə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Kiçik dövlət müəssisə və obyektlərinin 1-i istisna olmaqla, qalanları bölgələrdə yerləşir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından tanış olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR