Azərbaycanda gübrələrin dövlət qeydiyyatı sadələşdiriləcək 

Azərbaycanda gübrələrin dövlət qeydiyyatı sadələşdiriləcək 
# 24 may 2022 13:13 (UTC +04:00)

Azərbaycanda gübrələrin qeydiyyat mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.

"APA-Economics" xəbər verir ki, bunu Beynəlxalq Bitki Sağlamlığı Forumunda çıxış edərkən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, peşəkar yanaşma ondan ibarətdir ki, gübrələrlə pestisidlərə yanaşma eyni qaydada olmamalıdır, gübrələrin qeydiyyatı fəqli olmalıdır.

"Gübrələrin sadəcə laborator sənəd dosye ekspertizası və laborator sınağı əsasında dövlət qeydiyyatının aparılması və idxalının da buna uyğun daha sadələşdirilmiş formada təşkili nəzərdə tutulur",- deyə Elxan Mıkayılov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR