Azərbaycanda kompüter satışları apreldə azalıb

Azərbaycanda kompüter satışları apreldə azalıb
# 16 may 2022 16:15 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 166,7 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 92% və ya 79,8 mln. manat çoxdur.
Bu ilin aprel satışlarının dəyəri isə mart göstəricisi ilə müqayisədə 4,1 mln. manat və ya 9,1% azalaraq 41,1 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin ilk dörd ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,2%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu, 2021-ci ilin eyni göstəricisindən 0,5 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR